İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın şərqində keçirdiyi əməliyyatlarda İrana bağlı silahlı qruplaşmanın 16 yaraqlısı həlak olub.
Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqları Monitorinq Qrupu məlumat yayıb.
Məlumatda ölənlərin hamısının İranın dəstəklədiyi silahlı qruplaşmanın üzvləri olduğu bildirilib. Onlardan yeddisi Əl-Məyadin şəhəri yaxınlığında keçirilən hava hücumu nəticəsində, qalan doqquzu isə Suriya-İraq sərhəddində yerləşən Əl-Bukamal şəhərinə endirilmiş zərbələr nəticəsində həlak olub.