22 Sentyabr 2020 11:27
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şərqi Aralıq və Egey dənizlərində Türkiyəyə qarşı təxribatçı addımları ilə gündəmə gələn Yunanıstan strateji sahələrindən sayılan Hərbi Nəqliyyat Sənayesini (ELVO) İsrailin Plasan şirkətinə satdığını açıqlayıb.

Teleqraf.com türk mediasına istinadən bildirir ki, iqtisadi böhran yaşayan Yunanıstan strateji qurumlarını bir-bir əlindən çıxır.

Məlumata görə, Selanikin Sindos Sənaye bölgəsində yerləşən Hərbi Nəqliyyat Sənayesi hərrac nəticəsində İsrailin Plasan şirkətinə satılıb. Gələn həftə satışın rəsmiləşdirilməsi gözlənilir. Özəlləşdirmədən sonra şirkətin 21 faizi dövlət sektorunda qalacaq.

İsrail şirkətinin ELVO üçün 93-135 milyon dollar arası sərmayə qoymaq planı var və bunu 5 il müddətində həyata keçirəcək. Yunanıstan dövlətinin bu yatırımın vergi və sığorta gəlirlərindən 25 milyon avro qazanacağı deyilir.

İsrailli sərmayəçilər Afinaya mərhələli olaraq 600 işçi qəbul edəcəkləri sözünü verib. Həmçinin Yunanıstanın israrla üzərində durduğu mövzulardan biri də istehsal olunacaq hərbi avtomobil və xaricə satışına icazə verilməyən silahların yunan ordusuna ucuz qiymətlə satılmasının təmin edilməsidir.


Müəllif: Cavad

Oxşar xəbərlər