23 Oktyabr 2020 11:58
4 086
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya və Türkiyənin aralarında fikir ayrılıqlarının olduğunu, ancaq ABŞ-la olduğu qədər böyük olmadığını söyləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.

“Putin ölkəmizin cənub, şimal, şərq və və digər sərhədlərinə münasibətdə çox praktikdir. Bəli, Türkiyə ilə bir çox fikir ayrılıqlarımız var. Amma, bu, məsələn, ABŞ-la aramızdakı fikir ayrılıqları qədər böyük deyil, amma yenə də fikir ayrılıqları var”, - Peskov bildirib.

Onun sözlərinə görə, Türkiyə və Rusiya arasında əməkdaşlıq nöqtələri də var:

“Ticarət, iqtisadi və investisiya əməkdaşlığı üçün dərin potensialımız var, bu da eyni fikir ayrılıqlarının mənfi təsirini azaltmağa imkan verir”.

Peskov qeyd edib ki, Rusiya və Türkiyənin qaynar nöqtələrdə ən aktual mövzularda birlikdə işləmə təcrübəsinə sahibdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər