23 Noyabr 2020 17:27
909
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyalı əsgərlərin Əfqanıstanda törətdikləri müharibə cinayətlərinə dair hesabatın yayımlanması fonunda son üç həftədə 9 Avstraliya əsgəri intihar edib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail“ qəzeti yazır.

Qəzet qeyd edir ki, bu qədər qısa müddət ərzində səkkiz kişi və bir qadın hərbçinin intihar etməsi Avstraliya ordusu tarixində görünməmiş hadisədir.

Hesabat keçən həftə Avstraliya Silahlı Qüvvələrinin komandanı Anqus Kempbell tərəfindən yayımlanıb. Sənəddə Avstraliya xüsusi təyinatlıları tərəfindən 2005-2016-cı illərdə Əfqanıstanda törədilmiş 39 qətlə dair dəlillər əksini tapıb. Qurbanlar arasında həm yerli əsgərlər, həm də mülki şəxslər var.


Müəllif: Səxavət