Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu da koronavirusa yoluxub.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, nazirin COVİD testi pozitiv çıxıb. Bu barədə Kasapoğlu sosial şəbəkədə yazıb:
“Həyat yoldaşımla testimiz pozitiv çıxdı. Ümumi vəziyyətimiz yaxşıdır. Həkimlərimizin tövsiyəsi ilə evdə müalicə olunuruq”.
Xatırladaq ki, daha əvvəl daxili işlər naziri Süleyman Soylu, ailə, əmək və sosial xidmətlər naziri Zehra Zümrüt Selcuk da koronavirusa yoluxmuşdu.