Fransanın paytaxtı Parisdə “Qlobal təhlükəsizlik haqqında” qanuna qarşı etiraz aksiyasında 64 nəfər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.
Aksiya iştirakçılarının çoxu tanınmamaq üçün üzlərini bağlayıblar. Qara rəngli eyni gödəkçələr geyinən qrup Paris küçələrini talan edib, mağazaların şüşələrini qırıb, vitrinlərini dağıdıblar, bankların pəncərələrini, dayanacaqların şüşələrini sındırıblar.