13 Dekabr 2020 18:10
2 065
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının lideri Murad Karayılan illərdir təşkilat daxilində fəaliyyət göstərən “xəyanət şəbəkəsi”nə görə məğlub olduqlarını etiraf edib.

Teleqraf.com xəbər verir ki, o, PKK-nın Türkiyədəki strateji mövqelərindən məhrum olduğunu da açıqlayıb.

Karayılan Türkiyədən bir ovuc belə torpaq qopara bilmədiklərini, ən çox itki verdikləri ildə olduqlarını bildirib:

“Çox çətin bir dönəmdən keçdik. İtkilərimizin çox olduğu bir il oldu. Botan və Dərsimdəki səhra komandirlərimizi belə qoruya bilmədik. Qayda-qanunlarımızı tətbiq edə bilmədik, Türkiyə də bundan istifadə etdi və böyük itkilər verdik. Ən ağır zərbəni “Pəncə” əməliyyatlarında aldıq. İl ərzində Haftanindən Tuncəliyə qədər əməliyyatlar davam etdi. Böyük ölçüdə zəiflədik”.

Murad Karayılan PKK terror təşkilatının Ağrı, Van, Qars və Ərdahandakı mövqelərini tamamilə itirdiklərini etiraf edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər