Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin rəhbərlik etdiyi “Nur Otan” partiyası ölkədə keçirilən parlament seçkilərində səslərin 71,09%-ni qazanaraq qalib gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə RİA Novosti seçkilərin son nəticələrini elan edən Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) sədrinin müavini Konstantin Petrova istinadən xəbər yayıb.
MSK-nın məlumatına görə, 7%-lik baryeri, həmçinin, 10,95% faiz səslə “Ak jol” (“Ağ yol”) partiyası və 9,1 faiz səslə Qazaxıstan Xalq Partiyası keçib.
Beləliklə, “Nur Otan” Qazaxıstan parlamentinin məclisində 76, “Ak jol” 12, “Xalq Partiyası” 10 yer qazanıb.
Bundan əvvəl N.Nazarbayev “Nur Otan” partiyasını parlament seçkilərində qalib gəlməsi münasibətilə təbrik etmişdi.