Çin İngiltərənin Honq Konq sakinləri üçün hazırladığı British National Overseas (BNO) pasportlarını artıq tanımayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Çinin xarici işlər nazirinin müavini Zhao Lijian Pekində keçirilən mətbuat konfransında bu barədə məlumat verib.
O qeyd edib ki, Honq Konqun Çinə birləşdirilməsindən 24 il keçib: “Buna baxmayaraq, birləşmiş Krallıq xeyli sayda Honq Konq vətəndaşını ingilis etməyə çalışaraq, qanunları pozur. Məhz bu səbəbdən 31 yanvardan etibarən sözügedən pasportlar qüvvədə olmayacaq. Bu tarixdən etibarən Honq Konqda işləmək üçün yaşayanlara 12 aylıq iş icazəsi veriləcək. Daha sonar həmin şəxslər İngiltərə vətəndaşı olmaq üçün müraciət edə bilərlər”.