Konqo Demokratik Cümhuriyyətində BMT-nin konvoyuna edilən silahlı hücum zamanı öldürülənlərdən biri də İtaliyanın bu ölkədəki səfiridir.
Teleqraf.com xəbər verir ki, Konqoda BMT-nin konvoyuna hücum bu gün yerli vastla saat 10:15-də baş verib.
Kanyamahoro qəsəbəsində baş verən hücum zamanı əvvəlcə iki nəfərin öldürüldüyü açıqlanıb. Ardınca İtaliya Xarici İşlər Nazirliyi ölkənin Konqo Demokratik Cümhuriyyəıtindəki səfirinin və yanındakı polis əməkdaşlarının da həyatını itirdiyini açıqlayıb.
“Röyter” agentliyi hücum edənlərin konvoydakı bəzi insanları əsir almağa çalışdığını açıqlayıb.
Qeyd edək ki, İtaliyanın Konqodakı səfiri Luka Attanasionun dünyanın ən gənc səfiri olduğu deyilir.
Son xəbərlərə görə, səfirin cəsədi üç ölkənin sərhədində yerləşən Kivu gölünün kənarındakı Goma şəhər xəstəxanasına gətirilib.