İran ABŞ Dövlət Departamentinin yaydığı hesabatda Suriya, İraq və Yəməndə insan haqlarını pozmaqda ittiham edilib.
Teleqraf.com xəbər verir ki, hesabatda İranın beynəlxalq terrorizmə dəstək verdiyi bildirilib.
Sənəddə deyilib ki, İran rəhbərliyi təkcə iranlıların yox, Suriyada Bəşər Əsəd rejimini və Hizbullah terror təşkilatını dətəkləməklə, eləcə də İraqda silahlı qruplaşmalara, Yəməndə isə qiyamçı husilərə yardım verməklə bu ölkələrdə yaşayan insanların haqlarını da pozurlar: “İran hakimiyyəti SEPAH vasitəsilə Suriyada Bəşər Əsəd rejimini dəstəkləyir.
SEPAH-ın muzdlu şiə döyüşçülərini əməkdaşlığa cəlb edərək Suriyaya göndərməsi, bu ölkədə vətəndaş müharibəsinin uzanmasına və minlərlə mülki insanın öldürülməsinə gətirib çıxarıb. İran, eyni zamanda, İraqda terrorçu təşkilat kimi tanınan Kətaib Hizbullah qruplaşmasını dəstəkləməklə müxaliflərin və mülki insanların öldürülməsində və ya mühakiməsiz edam olunmasında, eləcə də insan haqlarının kobud şəkildə pozulması kimi halların baş verməsində birbaşa rol oynayıb”.