Ukrayna Prezidenti Vladimir Zelenski şənbə günü Türkiyəyə səfər edəcək və türk həmkarı Tayyib Ərdoğanla görüşəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.
Zelenski və Ərdoğan ikitərəfli görüşdən sonra birgə mətbuat konfransında çıxış edəcəklər.
“Hər iki ölkənin prezidentləri Rəcən Tayyib Ərdoğan və Vladimir Zelenskinin rəhbərlik edəcəyi Türkiyə-Ukrayna Əməkdaşlıq Şurasının doqquzuncu iclası 10 aprel tarixində İstanbulda keçiriləcək”, - açıqlamada qeyd olunub.