1 May 2021 17:57
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kosmos müharibə meydanına çevrilir, Rusiya və Çin ABŞ-ın peyklərini məhv edə biləcək silahlara sahibdir”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Kosmik Qüvvələrinin komandanı, general Con Reymond deyib.

“Hər kəsə məlumdur ki, kosmos hava, torpaq və dəniz kimi müharibə meydanıdır. Bu, son bir neçə ildə baş verir. Bizi davamlı olaraq hədələyən həm Çin, həm də Rusiya ya peyklərimizin işini poza biləcək, ya da onları məhv edə biləcək silahlar əldə edib”, - general söyləyib.

O, kosmosda böyük güclər arasında qarşıdurmanın gücləndiyini, ABŞ-ın isə bunun qarşısını almaq istədiyini vurğulayıb.

Con Reymond ABŞ-ın peyklərdə və digər obyektlərdə ehtimal olunan fəlakətlərin qarşısını almaq üçün “kosmosun bələdçisi” rolunu oynamaq və baş verənləri idarə etmək niyyətində olduğunu da söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər