15 May 2021 13:26
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Şurası Məclisinin (parlamentin) keçmiş sədri, İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin müşaviri Əli Laricani prezident seçkilərində namizəd kimi iştirak etmək üçün qeydiyyatdan keçib.

Teleqraf.com seçki qərargahının rəsmi nümayəndəsi İsmayıl Müsəviyə istinadla xəbər verir ki, mayın 11-dən bu günə kimi 304 namizəd qeydiyyatdan keçib. İran qanunlarına əsasən bütün namizədlərin qeydə alınmasına baxmayaraq, onlar Konstitusiyanın Mühafizə Şurası tərəfindən də nəzərdən keçiriləcək və böyük ehtimalla bir çox namizədlər çıxdaş olaraq seçkiyə buraxılmayacaq.

Nəzərə çatdıraq ki, keçmiş Prezident Mahmud Əhmədinejadın da namizədliyi qeydə alınıb. İyunun 18-də İranda 13-cü prezident seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər