Polşa Prezidenti Andrzej Duda Gürcüstanda çıxışı zamanı Rusiyanın təcavüzkar davranışlarına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Polşa lideri Rusiyanı “anormal ölkə” və “təcavüzkar” adlandırıb.
Duda BMT Baş Assambleyasının sessiyalarında və ATƏT çərçivəsində Moskva ilə münasibətləri müzakirə edəcəyini bildirib.
Ölkə lideri bundan əvvəl Rusiyanı “azadlığın düşməni” adlandıraraq, XVIII əsrdə Rus İmperiyasının Polşa konstitusiyasını qəbul etməməsini xatırladıb.