2 Avqust 2021 23:54
1 684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya sualtı gəmiləri Atlantik okeanında Qərb ölkələrində həyəcana səbəb olan qeyri-adi dərinlikdə əməliyyatlar keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” qəzeti məlumat yayıb.

Sualtı gəmilərin həmişəkindən daha dərinə - 400-500 metr dərinliyə endiyi bildirilib.

Nəşrə açıqlama verən hərbi ekspert Bryus Cons iddia edib ki, Rusiya tərəfinin davranışları onunla Qərb ölkələri arasındakı gərginliyin daha da artdığını göstərir.

“Rusların son davranışları NATO ölkələrini ələ salmaq, blok üzvlərin sinirləri ilə oynamaq məqsədi güdür”, - ekspert qeyd edib.
ABŞ-ın nüvə sualtı gəmisi mayın 10-da Norveçin şimalındakı Tromzo limanına girib. Bundan sonra NATO qoşunlarının Rusiya sərhədlərinə yaxınlaşması, Norveçdə başlaya biləcəyi iddia edilən Rusiya-ABŞ müharibəsi müzakirələrinə yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər