7 Avqust 2021 18:16
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin Baş naziri Boris Conson İsveçrəyə səfəri zamanı COVID-19 test nəticəsi pozitiv çıxan şəxslə eyni təyyarədə olub.

Teleqraf.com xəbər verir ki, xəstə insanla təmasda olmasına baxmayaraq, o, karantində qalmaqdan boyun qaçırıb.

Məsələ ilə bağlı İngiltərə Baş nazirliyi açıqlama yayıb: “Baş nazir müntəzəm olaraq İngiltərədəki icmaları ziyarət edir və səfərləri COVID-19 qaydalarına uyğun həyata keçirilir. Virusa yoluxan xəstə ilə baş nazirin yaxın əlaqəsi olmayıb”.

Boris Consonun bu qərarı ölkədə birmənalı qarşılanmayıb. Leyboristlər Partiyasının sədri Annelize Dodds Consonun bu davranışını sərt tənqid edib: “Baş nazir hər kəsin riayət etməli olduğu qaydalara əməl etməməkdən ötrüsəbəb axtarır. Belə görünür ki, o, baş verənlərdən heç nə öyrənməyib. Mühafizəkar liderlər ictimaiyyətin sadəlövh olduğunu düşünürlər. Bu hadisə bir daha göstərdi ki, onların öz qaydaları, cəmiyyətin isə tamam başqa qanunlar var”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər