Xarici cihadçılar İzmit üzərindən keçərək Suriya və İraqa çatır.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə İnterpoldan məlumat verilir. Təşkilat İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının döyüşçülərinin İraq və Suriyaya getmək üçün sərnişin gəmiləri ilə Türkiyəyə gəldiyini iddia edib. Onlar qeyd edirlər ki, Türkiyənin sərhəd keçid məntəqəsində nəzarəti artırması son 3 ayda terrorçuların dəniz yoluna üstünlük verməsi ilə nəticələnib.
Türk rəsmiləri isə son aylarda hava limanı və avtobus terminallarında cihadçı olmaqda şübhəli bilinən yüzlərlə insanın deportasiya olunduğunu açıqlayıb.
Qeyd edək ki, BMT-nin yaydığı son hesabatda İŞİD-ə qoşulan 15 mindən çox əcnəbinin 80 fərqli ölkədən gəldiyi bildirilir.
Samir