ABŞ-da ən çox COVID-19 virusuna yoluxma halları Kaliforniya ştatında qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, ştatda virusa yoluxma hallarının artması səbəbilə müəllimlər və məktəb işçiləri arasında peyvəndin məcburi vurulması planlaşdırılır.
Yeni mövsümdən etibarən ştatda bütün müəllim və məktəb işçilərinin virusa qarşı peyvəndi olması məcburi olacaq.
Qeyd edək ki, Kaliforniya 4 milyon 76 mindən çox insan COVID-19 virusuna yoluxub, 64 min 853 nəfər virus səbəbilə dünyasını dəyişib.