13 Avqust 2021 23:44
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Kansleri Angela Merkel avqustun 20 -də Moskvaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert açıqlama verib.
Kansler səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

“Avqustun 20-də federal kansler Moskvaya gedəcək, gələn həftənin əvvəlində proqramın məzmunu haqqında məlumat verəcəyik. Onun prezidentlə görüşəcəyi dəqiqdir”, - Zaybert qeyd edib.

O, həmçinin Moskva səfərindən sonra Merkelin Ukrayna Prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün Kiyevə gedəcəyini deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər