18 Avqust 2021 11:57
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taliban hərəkatı növbəti dəfə Əfqanıstandakı qadınlara müraciət edərək, öz işlərinə qayıtmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə bir Taliban rəsmisi “Röyter”ə açıqlamasında bildirib.

Hərəkat yetkilisi deyib ki, hər hansı bir Taliban üzvünə qarşı mülki vətəndaşların şikayəti araşdırılacaq.

Agentlik qeyd edib ki, ölkədə ümumi əfv fərmanı verən Taliban bütün məmurları - kişi və ya qadın olmasından asılı olmayaraq vəzifələrinə qayıtmağa çağırıb.

“Onların özlərini təhlükəsiz hiss etmələri üçün Əfqanıstanın keçmiş hökumət rəsmiləri ilə dialoq aparacağıq”, - hərəkat rəsmisi bildirib.

O, vətəndaşlardan Talibandan qorxmamalarını istəyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər