21 Avqust 2021 20:00
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə müvafiq şərtlər daxilində gələcəkdə də Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyi və istismarı üçün vəzifəsini davam etdirə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı bildirib.

Ərdoğan Türkiyənin üzərinə götürdüyü bu məsuliyyətin beynəlxalq ictimaiyyət və Əfqanıstan xalqı başda olmaqla, bütün tərəflərin narahatlıqlarının aradan qaldırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Türkiyə dövlət başçısı hələlik “Taliban” tərəfindən verilən təmkinli mesajları təqdir etdiklərini bildirib. O, “Taliban”ın keçmiş səhvlərini təkrarlamamasının, bütün etnik qruplara qarşı anlayışla davranmasının və vədlərini yerinə yetirməsinin vacib olduğunu da qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər