15 Sentyabr 2021 14:09
2 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran iki-üç ay ərzində nüvə bombası əldə etməsi üçün kifayət qədər material istehsal edə biləcək”.

Teleqraf.com xəbər verir ki, bunu İsrail müdafiə naziri Benni Qantz “Foreign Policy” nəşrinə verdiyi müsahibədə deyib.

Onun sözlərinə görə, İran öz məqsədinə nail olarsa, bölgədə nüvə silahı yarışı başlaya bilər.

Qantz qeyd edib ki, bunun qarşısını almaq üçün Tehrana ABŞ, Rusiya, Çin və Avropadan siyasi və iqtisadi təzyiq göstərilməlidir.

ABŞ Prezidenti Co Bayden bundan əvvəl bildirib ki, İranın yeni Prezidenti İbrahim Rəisiyə yeganə güzəşt onun nüvə razılaşmasının şərtlərini yerinə yetirməsi ola bilər. Rəisi isə İrana qarşı bütün sanksiyalar ləğv edilsə belə, Baydenlə görüşmək istəmədiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər