ABŞ, İngiltərə və Avstraliyanın Çinə qarşı nüvə enerjili sualtıqayıq istehsalı ilə bağlı anlaşmasına Pekin sərt reaksiya göstərərək Avstraliyanı nüvə silahı ilə təhdid etmişdi.
Teleqraf.com xatırladır ki, Çin hökumətinin nəzarətindəki dövlət mediası “Bu anlaşma Avstraliyanı potensialı nüvə hədəfi halına gətirib” başlıqlı xəbərlər verərək bu ölkəni nüvə müharibəsi ilə qorxudub.
Çinin bu təhdinə ABŞ-ın reaksiyası gecikməyib. ABŞ Hərbi Dəniz Qüvvələri Trident D5LE nüvə raketlərini sınaqdan keçirib. Ohayo sinifindən olan ballistik raket sualtı gəmi USS Vyominq (SSBN-742) iki ədəd Trident II raketini donanmaya verməzdən əvvəl uğurla sınaqdan keçirib.
ABŞ-ın bu addımı Çinin nüvə təhdidinə reaksiya cavabı kimi qiymətləndirilir.
Amma açıqlanan rəsmi məlumatda bu sınaqların illər öncədən planlaşdırıldığı və bunun dünya hadisələrinə reaksiya olaraq “güc nümayişi” səbəbindən həyata keçirilmədiyini qeyd olunur.