13 Oktyabr 2021 13:15
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ müdafiə naziri Lloyd Austin gələn həftə Ukrayna, Gürcüstan, Rumıniya və Belçikaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Con Kirbi keçirdiyi brifinqdə bildirib.

“Nazir və komandası gələn həftə Avropaya səfərə hazırlaşacaq. Dayanacaqlar arasında Gürcüstan, Ukrayna və Rumıniya yer alacaq. Nazir NATO müdafiə nazirlərinin görüşündə müttəfiqləri və tərəfdaşları ilə birlikdə Brüsselə etdiyi bu əhəmiyyətli səfəri başa vuracaq”,- Pentaqon sözçüsü bildirib.

Qeyd edək ki, NATO müdafiə nazirlərinin görüşü 21-22 oktyabrda Brüsseldə baş tutacaq.


Müəllif: Nemət