20 Oktyabr 2021 10:08
4 567
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ dünən iki ballistik raketini sınaqdan keçirən Şimali Koreyaya təxribatları dayandırmaq barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Cen Psaki açıqlama verib.

Sözügedən sınaqlarla əlaqədar ABŞ Müdafiə və Dövlət Departamentinin fəaliyyətlərinin davam etdiyini qeyd edən Psaki Şimali Koreyanın ballistik raket sınağını qınadıqlarını söyləyib.

O, Şimali Koreyanın bu addımının BMT Təhlükəsizlik Şurasının bir çox qərarını pozduğunu və bölgənin təhlükəsizliyi üçün təhlükə yaratdığını vurğulayıb: “Şimali Koreyanı daha çox təxribatdan yayınmağa və davamlı dialoqa qatılmağa dəvət edirik”.

Bölgədə təcili dialoq və diplomatiyaya ehtiyac olduğunu vurğulayan Psaki Şimali Koreya ilə heç bir şərt olmadan görüş təkliflərinin hələ də qüvvədə olduğunu söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu