5 Yanvar 16:19
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azər Baxşəliyevlə tez-tez görüşərdik, söhbət edərdik. Xaraktercə gülərüz, zarafatcıl və pozitiv insan idi. Həyata sevgisi çox idi".

Bu sözləri Teleqraf.com-a aparıcı Şəhriyar Əbilov aktyor Azər Baxşəliyev haqqında danışarkən deyib:

"Heç vaxt öz xəstəliyi haqqında danışmazdı. Heç vaxt düşünmürdü ki, böyrəklə bağlı xəstəliyi təkrarlana bilər".

İslam Mehrəliyev isə Azər Baxşəliyevlə Xəzər televiziyasında bərabər çalışdıqlarını, onun aktyor və ssenarist kimi çox istedadlı olduğunu vurğulayıb:

"Ölümünə inana bilmirəm. Ona həmişə təsəlli verirdim ki, xalam qızına da böyrək köçürülüb, səhhəti yaxşıdır. Sən də dərmanlarını vaxtında qəbul elə, yaxşı olacaq".

Rejissor Kənan M.M mərhum aktyor haqqında belə danışıb: "İnsan 25 illik dostu haqqında nə danış bilər?! Azər Baxşəliyev çox pozitiv insan idi. Həyatda tanıdığım ilk insan idi ki, heç vaxt əsəbləşmirdi və əsəbləşdirməzdi. Heç vaxt insanların qəlbini qırmırdı. Onu xatırlayanda bir tərəfimiz acı çəksə də, digər tərəfimiz güləcək. Çünki həmişə enerjili insan idi. Onun haqqında keçmiş zamanda danışmaq çox ağırdır. Allah rəhmət etsin".

Yaxın dostu Ramil Babayev isə Azər Baxşəliyevi həmişə deyib-gülən insan kimi xatırlayacağını söyləyib: "Bizim aramızda ağsaqqal idi. Hər şeyi onunla məsləhət edirdik. Hələ də inanmıram ki, Azər Baxşəliyevi itirmişik. Allahdan sağalması üçün möcüzə gözləyirdik. O da olmadı. Əsas ölüm səbəbi böyrək çatışmazlığı ilə yanaşı beyninə qan sızması olub".


Müəllif: Foto: Elnur Muxtar, Rəqsanə Həsənova

Oxşar xəbərlər