Kerç boğazında tankerlərin qəzaya uğraması nəticəsində 30-dan çox delfin tələf olub.
Teleqraf.com xəbər verir ki, delfinlərin ölümünə səbəb kimi ətrafa dağılan mazutun təsiri göstərilib.
Xatırladaq ki, dekabrın 15-də Kerç boğazında güclü fırtına nəticəsində iki neft tankeri batıb. Tankerlərdən tökülən mazutun ümumi həcmi təxminən 3,8 min tona çatıb.