5 Yanvar 12:18
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağıllı saatlardan istifadə gündəlik həyatın ayrılmaz hissələri arasında olmaqla yanaşı, yaratdığı risklər çox vaxt diqqətdən qaçır.

Teleqraf.com xəbər verir ki, tədqiqatlara görə ağıllı saatlarda istifadə edilən flüorlu sintetik kauçukun tərkibində zərərli kimyəvi maddələr var.

Araşdırma nəticəsində məlum olub ki, flüorlu sintetik kauçukdan hazırlanmış qolbaqlarda perfluoroheksanoik turşu (PFHxA) adlı kimyəvi maddə var. Bu maddə həm ətraf mühitə, həm də insan sağlamlığına zərərləri ilə tanınan PFAS qrupunun üzvüdür.

PFAS ətraf mühitdə uzun müddət qalıcı olması və suyu, təri və yağı dəf etmə qabiliyyətinə görə bir çox istehlak məhsullarında istifadə olunur. Bu kimyəvi maddələr davamlılığı artırmaq və məhsulların çirklənməsinin qarşısını almaq üçün qolbaqlarda da üstünlük təşkil edir. Bu da öz nöbəsində kimyəvi maddələrin dəri vasitəsilə birbaşa bədənə keçmə riskini artırır.

Tədqiqatçılar qeyd ediblər ki, PFHxA-nın insan dərisinə nə qədər müddətə daxil olduğu hələki tam məlum deyil. Bununla belə, son tədqiqatlar göstərir ki, bu kimyəvi normal şəraitdə dəri vasitəsilə əhəmiyyətli dərəcədə udulur.

Tədqiqatın müəllifi Alisa Viks tövsiyə edir ki, məhsulun təsvirlərini diqqətlə oxusunlar və tərkibində “flüorlu elastomer” olmayan qolbaqları seçsinlər.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər