Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus qəzaya uğrayan təyyarənin sərnişinlərini xilas edən bir qrup şəxs mükafatlandırılıb.
Teleqraf.com xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin fərmanına uyğun olaraq, Manqistau vilayətinin rəhbəri Nurdaulet Kilybay əməliyyat iştirakçılarına mükafatları təqdim edib.
Təyyarə qəzasının nəticələrinin aradan qaldırılmasında göstərdikləri peşəkarlıq, cəsarət və fədakarlığa görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı, həkimlər, polislər, Manqistau Regional Elektrik Şəbəkəsi Şirkətinin və Aktau Beynəlxalq Hava Limanının əməkdaşları daxil olmaqla 19 nəfərə orden və medallar, 51 nəfərə təşəkkürnamələr verilib.