ABŞ-ın “İnter Mayami” komandasının uruqvaylı futbolçusu Luis Suares intihara cəhd edən kişini fikrindən daşındırıb.
Teleqraf.com xəbər verir ki, 37 yaşlı hücumçu Uruqvayın Syudad de la Kosta şəhərinin Laqomar bölgəsində intihar etməyə cəhd göstərən kişini xilas edib.
Ailə probleminə görə intihar etmək qərarına gələn 49 yaşlı şəxsin köməyinə həmin ərazidə tətildə olan L. Suares çatıb. Futbolçu intihara cəhd edən adamla danışdıqdan sonra onu fikrindən daşındırıb.