Abxaziyada fərdi evdə baş verən yanğında 5 uşağın ölümü ilə əlaqədar yanvarın 6-sı matəm günü elan edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə tanınmamış respublikanın rəhbərinin mətbuat xidməti məlumat yayıb .
Qeyd edək ki, bu gün Abxaziyanın Qalsk rayonunun Papınıruxa kəndində evdə baş verən yanğın zamanı 5 uşaq ölüb. Yanğına səbəb sobanı yandırmaq istəyən yaşlı qadının benzinlə dizeli səhv salması olub.