Hindistanın paytaxtı Yeni Dehlidə sıx duman 400-dən çox uçuşda fasilələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, paytaxtda təxminən 9 saat ərzində təsirli olan sıx duman görmə qabiliyyətini sıfıra endirib.
Şəhəri bürüyən duman səbəbindən 45-dən çox reys təxirə salınıb, 400-dən çox reysdə fasilələr yaranıb. 80-dən çox qatarda da gecikmələr olub.