5 Yanvar 15:11
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində geniş miqyaslı hücuma başlaması barədə məlumatları təsdiqləyib.

***

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində cəbhənin bir neçə istiqamətində hücuma keçib. Bu əməliyyat rus ordusu üçün tamamilə gözlənilməz olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat yayıb.

Onun sözlərinə görə, hazırda Müdafiə Qüvvələri hücumun genişləndirilməsi üzərində işləyir.

"Kursk vilayətində ruslar böyük narahatlıq içindədirlər, çünki bir neçə istiqamətdə hücuma məruz qalıblar və bu, onlar üçün gözlənilməz olub", - Kovalenko vurğulayıb.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər