5 Yanvar 13:40
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden səlahiyyət müddəti başa çatana qədər amerikalılara iki dəfə müraciət etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" məlumat yayıb.

"Prezident Bayden vəzifədən getməzdən əvvəl iki əsas çıxış etməyi planlaşdırır".

Telekanalın məlumatına görə, ilk çıxış xarici siyasətə həsr olunacaq. Bayden bunu yanvarın 12-də başa çatacaq İtaliya səfərindən qayıtdıqdan sonra söyləməyi planlaşdırır. Bundan sonra Ağ Evin hazırkı rəhbəri ABŞ xalqına vida nitqi ilə çıxış edəcək.

Ötən ilin noyabrında ABŞ-də prezident seçkiləri keçirilib. Bu vəzifə üçün Demokratlar Partiyasının namizədi Kamala Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp mübarizə aparıb. Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb.

Baydenin prezidentlik müddəti yanvarın 20-də başa çatır.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər