Suriyanın yeni hakimiyyəti Qətərlə strateji tərəfdaşlıq haqqında razılığa gəliblər.
Teleqraf.com xəbər verir ki, bunu Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani Qətər hökumətinin başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə keçirdiyi brifinqdə bildirib.
"Humanitar yardım və strateji tərəfdaşlığa görə Qətərə bir daha təşəkkür edirik. Qətər Suriya xalqının keçdiyi çətin dövrdə bizim tərəfdaşımız olub və Suriyanın gələcəyinin qurulmasında tərəfdaşımız olacaq", - o deyib.
Əl-Şibaninin sözlərinə görə, danışıqlar zamanı Qətər Suriya dövlətinin qurulması və onun xarici siyasəti üçün yol xəritəsini təqdim edib. "Yol xəritəsi bütün suriyalıların maraqlarını əhatə edir", nazir qeyd edib.