Ukrayna ABŞ-ın yeni prezidenti Donald Trampın vəzifəyə gəldikdən sonra münaqişənin həlli üçün danışıqlar prosesinə başlayacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti yazır.
“Ukrayna sövdələşməni həyata keçirən Trampla danışıqlara girməyə hazırlaşır”, - nəşr yazıb.
Qeyd olunur ki, yeni Tramp administrasiyasının strategiyası Ukrayna münaqişəsi üçün “həlledici” ola bilər, lakin böhranın həlli “çətin iş” olaraq qalır.
"The Guardian" xatırladır ki, Tramp dəfələrlə müharibəyə son qoymağın onun əsas beynəlxalq prioritetlərindən biri olduğunu bəyan edib.
Qəzet yazır ki, 2025-ci il başlayan kimi, Ukraynanın "dinamikanın dəyişməsinə çox ehtiyacı var", Rusiya Donbassda hücumunu davam etdirir və Kiyev cəbhə xəttinə kifayət qədər insanı səfərbər etmək üçün mübarizə aparır.
Bundan əvvəl “The Washington Post” yazıb ki, Ukrayna Silahlı Qüvvələri (AFU) Qərbin köməyi olmadan resurslardan məhrumdur.