Mərhum aktyor Azər Baxşəliyevin həyat yoldaşı Nigar Baxşəliyeva aktyorla bağlı paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Nigar Baxşəliyeva İnstaqramda hekayə bölümündə birlikdə çəkilən fotosunu paylaşaraq bu sözləri yazıb: "Necə qucaqlayaram, indicə yanımda olsa. Gözümü bağlasalar, onu mən taparam, harda olsa. Gələcəyəm yanına, könlümüz açılsın deyə. İndi küçədəyəm, gedəcəyəm. Deyəcəyəm ona mən şirin sözlər üzü gülsün deyə. Yanağından tutub öpəcəyəm".
Qeyd edək ki, aktyor bu gün səhər saatlarında vəfat edib.