Çinin Cənub-Şərqi Universitetinin tədqiqatçıları ölkənin “paylanmış elektrik sürmə texnologiyasından” istifadə edən ilk elektrikli uçan avtomobilinin həm quruda, həm də havada səyahət edə biləcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, avtomobilin 300 metr hündürlükdə 20 dəqiqəyə qədər uça bildiyi, nəqliyyat vasitəsinin havaya qalxması üçün maksimum çəki limitinin 500 kiloqram olduğu və 60 kilometr sürətlə hərəkət edə biləcəyi bildirilib.
Açıqlamada avtomobilin yüksək tutumlu güc akkumulyatoru ilə təchiz edildiyi, tədqiqatçıların uçuş müddətini 2 saatdan çox artırmağa çalışdıqları qeyd olunub.