Ötən gecə Ukrayna Silahlı Qüvvələri kəşfiyyat aparmaq üçün Kursk səmasına “terrorçu şarlar” buraxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb .
Məqsəd əks-hücumdan öncə strateji obyektləri sıradan çıxarmaq olub.
“Terrorçu şarlar” ləqəbli uçan qurğu dronlardan daha güclü daşıma qabiliyyətinə malikdir. Ehtimal ki, bir şar altı 82 mm-lik mina daşıya bilər.
Yanvarın 5-də günortadan sonra Rusiya Müdafiə Nazirliyi bildirib ki, Ukrayna qoşunları Rusiyanın hücumunu dayandırmaq üçün Kursk vilayətində Berdin ferması istiqamətində əks-hücum həyata keçirib, lakin onların qarşısı alınıb.
2024-cü il avqustun 6-dan Kursk vilayəti Ukrayna ordusu tərəfindən nəzarətə götürülüb.