Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan Varşavaya “Polish Airlines” aviaşirkətinin həyata keçirməli olduğu LOT-722 reysi təyyarədə yaranmış texniki nasazlıq səbəbilə ləğv edilib.
Bu barədə Teleqraf.com-a Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə, aviaşirkət tərəfindən alternativ təyyarə göndəriləcək.