5 Yanvar 15:59
5 638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı vəzifədə çalışırsınızsa, çalışın, vətəndaş gəlib sizdən bir işin görülməsini istəyirsə, onu başqa yerə yönləndirməyə haqqınız yoxdur. Bunu etsəniz, sədriniz kimi haqqımı sizə halal etmərəm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Rizə şəhərində keçirilən konqresində çıxışında deyib.

"Dediklərim bəzilərinə çətin görünə bilər, amma bilin ki, sədr çoxlu şikayətlər eşidir. Bunu hamınız bilməlisiniz. İşimizi hansısa vəzifə gözləntisi ilə deyil, məsuliyyətlə görməliyik. Əks halda partiyanı biznesə çevirəcəksiniz. Bununla heç vaxt razılaşa bilmərik", - deyə Ərdoğan bildirib.

Onun sözlərinə görə, Türkiyədə biznes kimi fəaliyyət göstərən kifayət qədər partiyalar var: "Eləcə də qeyri-hökumət təşkilatları, bələdiyyələr və buna təşkilatlar var, amma AK Partiya belə ola bilməz. Bəziləri millətə xidmət etmək üçün onlara ayrılan vəsaiti terror təşkilatlarına ötürür, bəziləri müxtəlif təşkilatlar vasitəsilə talayır, bəziləri öz istəklərini təmin etmək üçün ətrafa paylayır, bəziləri isə siyasi karyeralarını qurmaq üçün istifadə edir. Bunun adı siyasət deyil, millətə xəyanətdir".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər