"Və möcüzə baş vermədi. Oyanmadın, yanımıza dönmədin. Bunu sənə heç vaxt deməmişdim amma sən dürüstlüyün, səmimiyyətin və əsl dostluğun simvolu idin. Nur içində yat, Azik!"
Teleqraf.com xəbər verir ki, bunu aktyor Azər Baxşəliyev barədə dostu İlkin Həsəni sosial şəbəkədə yazıb.
O həmçinin əlavə edib:
"Hər zaman ölüm xəbərini ilk verən insan insanlardan zəhləm gedib. Bu dəfə elə özümdən də zəhləm gedir. Son 3 gün ərzində möcüzənin olacağına inananlar, gözləyənlər, dua edənlər, donor olmaq istəyənlər, möcüzə olmadı. Dualarımız dayandı, ümidimiz söndü. Azər həyat mübarizəsini dayandırdı və əbədi olaraq gözlərini yumdu"
Qeyd edək ki, Azər Baxşəliyev bu gün vəfat edib. Mərhum günorta saatlarında dəfn ediləcək.