Almaniya hakimiyyəti kansler Olaf Şoltsun tezliklə Moskvada Rusiya prezidenti Vladimir Putinlə "görüşmək planlar"ını açıqlayan Bundestaqın deputatı Roderik Kizvetteri məhkəməyə vermək niyyətindədir .
Teleqraf.com xəbər verir ki, bu barədə "Welt" agentliyi məlumat yayıb.
Yanvarın 4-də deputat Kizvetter X sosial şəbəkəsində Olaf Şoltsun Rusiyaya səfər edəcəyini yazıb.
Almaniya kansleri deputatın yazdıqlarını "böhtan və ədəbsizlik" adlandırıb.