İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Dəməşqin cənub-qərbində keçmiş Suriya ordusuna məxsus silah anbarlarına raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Al Hadath" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, Əl-Kisva şəhərinin kənarında güclü partlayış səsləri eşidilib.
Tələfat və maddi dağıntılar barədə hələlik məlumat verilməyib.