Rusiyanın parçalanması Qafqazdan başlaya bilər, çünki Ramzan Kadırov özü müharibəyə hazırlaşır.
Teleqraf.con xəbər verir ki, bu fikri Çeçen İçkeriya Silahlı Qüvvələrinin baş komandanı Əbdül-Hakim Şişani "RBC-Ukrayna"ya verdiyi müsahibədə səsləndirib.
Onun sözlərinə görə, Kadırov başa düşür ki, Ukraynadakı müharibə başa çatsa və ya münaqişə dondurulsa, insanların bütün qəzəbi onun üzərinə yönələcək: "Bu səbəbdən o, öz müdafiəsi üçün addımlar atır. Kadırov anlayır ki, dəyişikliklər yaxınlaşır və təzyiqi azaltmağa çalışır. Amma bütün bu neqativ gec-tez ona zərbə vuracaq. Çeçenlər repressiyalardan, işgəncələrdən və qətllərdən yorulublar. Xalq azadlıq uğrunda mübarizəyə hazırdır", - Şişani qeyd edib.