Aktyor Azər Baxşəliyev 39 yaşında vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu gün səhər saatlarında süni tənəffüs aparatından ayrılan Azər Baxşəliyev evində dünyasını dəyişib.
Qeyd edək ki, aktyor Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. O, bir müddət əvvəl açıqlamasında anasından ona köçürülən böyrəkdə problem yarandığını, yenidən donor axtardığını demişdi.
****
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinə yerləşdirilən aktyor Azər Baxşəliyevin son durumu haqqında məlumat verilib.
ATU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova Teleqraf.com-a açıqlamasında bu sözləri deyib:
"Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, xəstənin ümumi vəziyyətində geridönməz proseslər baş verib. Poli orqan çatmazlığı səbəbindən orqanizm yaşama qabiliyyətini itirib. Bu səbəbdən valideyn və ailə üzvlərinin istəyi ilə Azər Baxşaliyev bu gün evə aparılır".