5 Yanvar 11:18
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində yeni insan metapnevmovirusunun (hMPV) yayılması xəstəxanalarda sıxlığa xəbəb olub.

Teleqraf.com xəbər verir ki, bu barədə "Daily Star" məlumat yayıb.

Nəşrin yazdığına görə, infeksiya artıq yerli səhiyyə sistemi üçün xeyli yük yaradıb. Virus ağciyərlərə hücum edərək COVID-19 və qripə bənzər simptomlara səbəb olur.

Nəşr qeyd edir ki, xəstələr üşütmə, öskürək, boğaz ağrısı, həmçinin halsızlıq və başgicəllənmə kimi simptomlarla xəstəxanalara müraciət edirlər. Eyni zamanda, Çində qrip A, mikoplazma pnevmoniyası və koronavirus kimi digər tənəffüs yoluxucu infeksiyaların da olduğu bildirilir.

Bu vəziyyətlə əlaqədar tibb mütəxəssisləri səlahiyyətlilərə və ictimaiyyətə yoluxma ehtimalını azaltmaq üçün maskalar taxmaq və əlləri mütəmadi olaraq dezinfeksiya etmək də daxil olmaqla ehtiyat tədbirlərinə əməl etməyi tövsiyə edir.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər