Rusiyanın Voronej vilayətində Mi-28 hərbi helikopteri sərt enişdən sonra alovlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Moe” portalına İstintaq Komitəsinin hərbi idarəsindən məlumat verilib.
“Sosial şəbəkələrdə hadisənin yanvarın 1-də saat 18:00 radələrində baş verdiyi bildirilir. Qəzanın səbəbləri məlum deyil”, - deyə məlumatda deyilir.
Hərbi helikopterin qəzaya uğraması nəticəsində 2 ekipaj üzvü ölüb.
Mi-28 helikopteri aktiv atəş müqaviməti şəraitində tankların və digər zirehli texnikanın, eləcə də aşağı sürətli hava hədəflərinin, düşmənin şəxsi heyətinin axtarışı və məhv edilməsi üçün nəzərdə tutulub.