ABŞ Prezidenti Co Bayden Rusiyanın Ukraynaya qarşı hansısa işğal cəhdini çətinləşdirəcəklərini bildirib.
Teleqraf.com xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında danışıb.
Bayden ABŞ-ın Rusiyanın Ukraynaya işğal cəhdinə qarşı hansı tədbirləri görəcəyi ilə bağlı sualına belə cavab verib: “Cənab Putinin insanların edəcəyindən narahat olduqları şeyi çətinləşdirmək üçün əhatəli və düşündürücü tədbirlər hazırlayırıq”.
Ukrayna müdafiə naziri Aleksey Reznikov bundan əvvəl Rusiyanın yanvarın sonuna kimi işğala hazır ola biləcəyini deyib.